Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) üzvlərindən 41 min manata yaxın vəsait toplayıb.
ATAA: Turizm şirkətlərimizin hesabına hava yolları tərəfindən 1 milyon manatdan çox komissiya ödənişi köçürülüb
FED.az xəbər verir ki, bunu ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın bir illik hesabat tədbirində çıxış edərkən bildirib.
G.Qəhrəmanov qeyd edib ki, bu məbləğ 130-dan çox agentlikdən toplanıb:
“Müxtəlif hava yolları şirkətlərindən ATAA üzvlərinə cərimələr yazılıb. Məhz bu bir il ərzində biz həmin cərimələrin silinməsinə nail olduq. Həmçinin bizim səylərimiz nəticəsində müxtəlif aviaşirkətlərdən 1 miıyon manatdan çox komissiya üzvlərimizin hesabına köçürülüb”.
ATAA rəsmisi çıxışında hələ də bəzi problemlərin qaldığını qeyd edib: “Bunlar əsasən bəzən viza alınması ilə bağlı problemlər və bəzi istiqamətlərə hələ aviabiletlərin baha olmasıdır”. (Report)