Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti “FlyArystan” Aktaudan Bakıya birbaşa uçuşlara başlayır.
FED.az xəbər verir ki, birbaşa reyslər həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, hazırda "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) Aktaudan Bakıya həftənin hər günü birbaşa uçuşlar həyata keçirir. (Report)