"Antalya turistik şəhər olduğundan bura Azərbaycanla yanaşı bütün dünyadan qonaqlar gəlir. Keçən il 70 mindən çox azərbaycanlı turist Antalyaya gəlib. Ümumilikdə il ərzində gələn xarici turistlərin sayı 13 milyondan çox olub".
İrana gedən Azərbaycan vətəndaşlarının - SAYI AZALIB
FED.az xəbər verir ki, bu fikirləri Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Antalya valisi Ersin Yazıcı deyib.
Valinin sözlərinə görə, bu ilin may ayının 17-nə olan məlumata görə Antalyada 4000-ə yaxın Azərbaycandan qonaq olub:
"Antalya dünyanın önəmli turizm məkanlarından biridir. Təxminən 600 min yatağı olan 428 ədəd beş ulduzlu hotelli şəhərdən bəhs edirəm. Azərbaycanlı qardaşlarımızın bura daha çox gəlmələrini gözləyirik". (Report)