İstirahət mövsümündə əksəriyyətimiz o qədər də baha olmayan, nisbətən uyğun qiymətə otellər axtarsaq da, Türkiyədə, azərbaycanlıların böyük maraq göstərdiyi Antalyada bahalı hotellər də az deyil. Belə otellərin müştəriləri də kifayət qədərdir. FED.az Antalyada ən bahalı 10 hotelin siyahısını təqdim edir.
1. Granada Luxury Belek – $ 12526
Aralıq dənizi bölgəsində Belekdə, Troy Aqua & Dolphinarium'a 2 km məsafədə yerləşən Granada Lüks Belek açıq və qapalı hovuza malikdir. Qonaqlar otelin spa mərkəzində istirahət edə bilərlər. Pulsuz xüsusi otopark və WiFi təmin edilir.
Granada Luxury Belek'in bütün otaqlarında Televizor, kassa ve minibar var.
Qonqların tennis və stolüstü tennis oynaya bilmılıri üçün şərait yaradılıb. Axşam əyləncə və uşaq klubunda uşaqlar üçün xüsusi tədbirlər təşkil edilir.
Eləcə də bax: Antalyanın ən ucuz hotelləri – QİYMƏTLƏR, SİYAHI
2. Maxx Royal Kemer Resort – $ 10471
Otel Kemer'de yerləşir. Maxx Royal Kemer Resort, qonaqlara açıq və qapalı hovuz təklif edir. Bu kurortda xüsusi plaj və aquapark var. Pulsuz WiFi imkanıda mövcuddur.
Hər bir otaq kondisioner, balkon ilə təmin edilib. Ekstra xidmətə minibar ve oturmaq üçün yerlər aiddir.
Maxx Royal Kemer Resort'da xüsusi sahil və tennis sahəsi tapa bilərsiniz. Pulsuz otoparkda təklif edir.
3. Barut Lara – $ 8803
Bu otel sahildən 9 dəqiqəlik uzaqlıqda yerləşir. Antaliyanın bu otelində 8 restoran və Türk hamamı ilə birlikdə spa fəaliyyət göstərir. Həmçinin qapalı və açıq hovuzu da var.
Hər bir otaqda LCD televizor, DVD player ve minibarla yanaşı oturmaq üçün yerlər də var.
Qonaqlar sauna və gözəllik mərkəzi olan Tuva Avrasiya Spa & Thalasso Mərkəzində istirahət edə bilərlər. Aktiv olanlar üçün tennis və squash kortları, idman zalı, mini golf və su idman mərkəzi mövcuddur. Lara'nın animasiya komandası qonaqlar üçün gecə klubunda əyləncəli şoular və canlı musiqi təşkil edir.
Eləcə də bax: «250 min dollara otel satırıq» - MÜSAHİBƏ
4. Titanic Beach Lara – $ 7333
Kruvaziyer gəmisi kimi formalaşan binada quraşdırılan bu otel lüks spa müalicə mərkəzi və 4 restoran təklif edir. Titanic Beach Resort Hotel'in kondisionerli otaqları dəniz mənzərəli böyük pəncərələrə malikdir. Hər birində özəl balkonda rahat oturacaqlar var.
Bu kurortda 5 min m² çox ərazidə quraşdırılmış kütləvi açıq hovuz yerləşir. Həmçinin orijinal ölçülü futbol sahəsi, 4 tennis kortu və basketbol meydançası var.
Titanic Beach Resort Hotel, tam xidmət spa salonunda masaj və aromaterapiya seanslarını əhatə edən ümumi vərəm müalicəsi təmin edir. Müxtəlif dəriyə qulluq müalicələri də mövcuddur.
5. Maxx Royal Belek Golf Resort – $ 7229
Aralıq dənizində yerləşən Maxx Royal Belek Golf Resort, qonaqlar üçün 7 hovuz və 5 restoran təklif edir. Həmçinin otelin əyləncə sərgisi və dünya səviyyəli 18 golf sahəsi var.
Hər bir otağa taxta döşəmə, LCD televizor və yaxşı təchiz olunmuş minibar quraşdırılmışdır.
Maxx Royal Belek restoranlarında Yapon, Aralıq dənizi, Yunanıstan və Türk daxil olmaqla, dünya mətbəxindən müxtəlif yeməklər təklif olunur. Chocolatier, ləzzətli ev şokoladları, müxtəlif desertlər və tortlar təqdim edir.
Maxx Royal Spa Mərkəzi masaj otağı, dəriyə qulluq və ənənəvi Türk hamamından ibarətdir. Maxx Royal əyləncə heyəti isə gündəlik fəaliyyət göstərir.
Eləcə də bax: Hotel otaqlarına da «kupça» verəcəklər
6. Regnum Carya Golf & Spa Resort – $ 6510
Regnum Carya Golf & SPA Resort, açıq hovuz, masaj müalicəsi olan lüks spa mərkəzi, sauna, buxar hamamı və özəl qumlu çimərlik təklif edir. Otel Carya Golf Sahəsində yerləşir.
Otelin 7 müxtəlif restoranı var. Hər bir hamamda peyk kanalları olan LCD televizorlar var.
Qonaqlar, açıq hava teatrına baxa bilərlər və ya diskotekada rəqs edə bilərlər. Pulsuz otoparkda mövcuddur.
7. İC Hotels Residence – $ 5647
Otel sahildən 7 dəqiqə məsafədə yerləşir. Bu lüks kurort mərkəzi geniş bir bağ sahəsi, xüsusi çimərlik və açıq hovuz (4000m²) təklif edir.
IC Hotel Residence qonaqlar üçün müxtəlif xidmətlər göstərir: tay masajı, palçıq hamamı və müxtəlif dəriyə qulluq prosedurları. Mövcud olan bir çox fəaliyyət arasında paraşüt və jet skiing də var.
8. Adam & Eve – Adults Only – $ 4668
Otel çimərlikdən 5 dəqiqə məsafədədir. Parlaq və futuristik bir dekora sahib olan Adəm və Eve – Adults Only Aralıq dənizi sahilində yerləşən otaqlar və özəl villaları təklif edir. Oteldə pulsuz Wi-Fi, geniş bir spa və böyük açıq hovuz var.
Çox sayda yemək seçimi Yapon mətbəxi və ənənəvi Türk yeməkləri də daxil olmaqla 9 müxtəlif restoran tərəfindən təmin edilir.
Eden Spa masaj salonu, ənənəvi hamam və solaryumdan ibarətdir. Qonaqlar həmçinin idman zalında tennis oynaya bilər və windsurfing edə bilərlər
9. Gloria Senerity Resort – $ 4176
Bu otel sahildən 6 dəqiqə uzaqlıqda yerləşir. Gloria Serenity Resort, Aralıq dənizində xüsusi plaja və lüks müalicə mərkəzi olan Serenity Spa'ya malikdir.
Qonaq otaqlarında bağ və dəniz mənzərələri olan xüsusi balkonlar var. Bütün otaqlarda LCD televizorlar və pulsuz Wi-Fi mövcuddur.
Qonaqlar, çimərlikdə terapiya pavilyonlarından birində müalicə ala bilər və ya qapalı thalasso spa salonunda istirahət edə bilərlər. Həmçinin qonaqlar üçün oyun otaqları və futbol meydançaları nəzərəd tutulub.
10. Calista Luxury Resort - $ 4090
Otel dənizdən 6 dəqiqə məsafədədir. 5 ulduzlu Calista Luxury Resort Aralıq dənizi sahilində surfing məktəblərinə və lüks spa obyektlərinə malikdir. Həmçinin 7 km boyunca 10 golf sahəsi var.
Calista Luxury Resort'dakı bütün qonaq otaqları dəniz və ya dağ mənzərəsinə açılan balkon ve terasa sahiptir. Bütün otaqlarda televizor, pulsuz Wi-Fi və geniş hamam var.
Otelin 5 tennis sahəsi, 5 futbol meydançası və bir bowling salonu var. 3500 m²lik Callos Spa, saunalar, masajlar, qar hamamı və gözəllik müalicəsi daxil olmaqla, müxtəlif müalicələr təmin edir.
Antalyanın ən bahalı 10 oteli – SİYAHI, QİYMƏTLƏR
16:22
6 İyul 2018