Türkiyənin Antalya şəhərində çalışan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.
Eləcə də bax: Azərbaycandan İstanbula sentyabrda 31 min nəfər - SƏYAHƏT EDİB
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin turizmi ilə məşhur olan şəhərində 681 azərbaycanlı çalışır.
Hazırda Antalyada 130 ölkədən 20 min 872 xarici ölkə vətəndaşı çalışır. Əksəriyyəti Qırğızıstan vətəndaşı (4 min 190) olan xaricilərin siyahısında Rusiya vətəndaşları ikinci (3 min 316), Qazaxıstan vətəndaşları isə üçüncüdür (2 min 884). (Apa)