Aviabiletlərin bahalaşması turpaketlərin qiymətlərini artırıb.
Antalyaya 6 ayda 4,5 milyon turist gəldi - TÜRKİYƏYƏ MİLYONLAR AXIR
FED.az xəbər verir ki, xüsusilə Türkiyəyə, Gürcüstana olan turpaketlər ötən illərlə müqayisədə xeyli bahadır.
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyir ki, zəlzələ səbəbindən qardaş ölkəyə turist axınının azalacağı ehtimal edilsə də, bu baş verməyib.
Ekspert deyir ki, aşağı büdcə ilə asiya ölkələrinə səyahət etmək mümkündür.
Rəhman Quliyev vurğulayıb ki, Asiya ölkələri son dövrlər turistlər üçün cəlbedici istiqamətə çevirilir. Bu istiqamətdə bir həftəlik səfərin qiyməti 400-700 dollar arasında dəyişir. (Xezerxeber.az)