Amerikanın turizmi biznesində yeni «bomba» partlayıb.
FED.az xəbər verir ki, bu Florida ştatında sürətlə populyarlaşan şüşə qayıqlarla dəniz turudur.
Turizm sektorunda iş adamlarının - ƏSAS ÇƏTİNLİKLƏRİ AÇIQLANDI
Şüşə dibi olan baydarka qayıqlarla dəniz turu ABŞ-da ən yaxşı turizm əyləncəsi elan edilib.
Yenilik iki il əvvəl Florida ştatında, Sankt Peterburq şəhəri yaxınlığında, Tampa körfəzində yerləşən Şell-Ki qoruğunda tətbiq edilib.
Əyləncə tkristləri o qədər məmnun edib ki, Tripadvisor-a 2000-ə yaxın rəydə bu əyləncə 5 ulduz alıb. Səyahətçilər burada keçiridkləri hislərdən, müşahidələrindən, suyun altındakı canlıları, balıq və tısbağaları, hətta kiçik akulaları izləyə bilmələrindən heyran olublar.
Gecə səyahətində isə qayığın altına bərkidilmiş fənərlər suyun dibini işıqlandırmaqla əla mənzərə yaradır.
«Get Up And Go Kayaking» şirkətinin təşkil etdiyi qayıq turuna sahildə istirahət və yerli qidalar da daxildir, amma əsas əyləncə şüşə qayqlarda səyahətdir.
Dibi şəffaf qayıqlarla gündüz səyahəti 2 saat davam edir və adambaşına 64 dollara başa gəlir. Gecə səyahəti isə 1,5 saatdır və 69 dollardır. Amma gecələr yalnız yaşı 12-dən artıq olan şəxslər səyahət edə bilər.