Azərbaycanın tanınmış və aparıcı turizm şirkətlərindən olan “Amazon Travel” şirkəti bu dəfə müştərilərinə daha bir yenilik edib. Belə ki şirkət bu ildən başlayaraq vətəndaşlar üçün ölkədaxili turların təşkilini həyata keçirir.
FED.az xəbər verir ki, “Amazon Travel” bundan öncə də, əməkdaşlıq etdiyi şirkətlər üçün team buildinglər, ölkədaxili turlar təşkil edirdi və bu xidmətlər şirkətlərin istəyi əsasında baş tuturdu. Cari ilin əvvəlindən başlayaraq korporativ şirkətlərlə yanaşı fiziki şəxslər üçün də daxili turların təşkilinə başlanılıb.
“Amazon Travel” şirkətinin təsisçisi və direktoru Seymur Allahverdiyevin sözlərinə görə, bir çox səbəblərdən bəzi insanlar var ki onlar xaricdə istirahət edə bilmirlər: “İnsanlar maddi durumları ilə bağlı, bəziləri isə işləri ilə bağlı ölkəni tərk edə bilmirlər. Ancaq onlarında istirahət etmək haqqları vardır. Biz məhz bu insanları nəzərə alaraq 1 günlük və ya 2 günlük ölkədaxili turlar təklif edirik. Onlara yaddaşlarından silinməyəcək bir xatirə bəxş etmək üçün komanda olaraq hər bir detail incəliklə fikirləşirik. Bunun üçün peşəkar əməkdaşlar, yüksək komfortlu nəqliyyat vasitəmiz və ölkə daxilində olan hotel və iaşə obyektləri ilə əməkdaşlığımız mövcuddur”.
S.Allahverdiyev bildirib ki, bir çox hallarda təşkilatlar əməkdaşlar arasında komunikasiyanın inkişaf etdirilməsi, komanda daxilində əhval-ruhiyyənin artırılması üçün iri korporativ tədbirlər, yığıncaqlar təşkil edirlər. Lakin bu tədbirlər bəzən faydalı olmur. Çünki, restoranlarda və əyləncə mərkəzlərində baş tutan 4-5 saatlıq tədbirlər musiqi səs-küyü və rəhbərliyin hesabat çıxışları ilə yadda qalır. Bəzi şirkətlər isə əlavə bonus və mükafatlar verməklə buna nail olmaq istəyirlər. Maddiyat önəmli olsa da həmişə işə yaramır. Çünki insanların ehtiyyacları daim artır və şirkətlər hər ay bonus və mükafat verərək mənəvi rifahı və komanda daxili müsbət komunikasiyanı qura bilməzlər. Bir çox hallarda əməkdaşlar arasında mükafatların verilməsində ədalət prinsipinin pozulması dedi-qodusu da yaşanır. Lakin team buildinglər və şəhərdən kənar kollektiv turlarda isə abu-hava tamam fərqli olur. Əməkdaşlar eyni avtobusda əyləncəli oyunlar və musiqi oxuyaraq hotelə gəlirlər. Hoteldə yerləşmə isə 2 və ya 3 nəfərlik otaqlarda yerləşmə ilə baş verir ki, bu da əməkdaşlar arasında netvorkingi daha da gücləndirir, insanlar bir birini daha yaxşı tanıyır. Bundan əlavə asudə vaxtlarda komanda oyunları (Kim? Harada? Necə?, fiziki oyunlar, qastronomik və s.) keçirilir ki, bu hadisələr əməkdaşları bir-birini tanımağa, hörmət etməyə və güvənməyə şərait yaradır. Bu isə hər bir halda şirkət daxilindəki atmosferə müsbət təsir göstərir. Unutmayaq ki, hər bir şirkətin ən dəyərli kapitalı, insan kapitalıdır. O zaman gəlin insanlara, işçilərə dəyər verək.
Səyahətlər şəbəkəni daha da genişlənirir...