“Amazon Travel” şirkətinin təşkilatçılığı ilə 5-10 may tarixində “Marsol Group”un tərəfdaşları üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə infotur təşkil olunub.
FED.az xəbər verir ki, səfər Dubayın müasir və dəbdəbəli turistik yerlərini ziyarət edərək maraqlı xatirələrlə yadda qalıb.
Dubay turu çərçivəsində tərəfdaşlar şəhərin ən gəzməli yerlərinə - "Burj Khalifa", "Burj al Arab", "Dubai Mall", "Fountan Square", "Miracle Garden", "Global Village", "Madinat Jumeirah", "Dubai Aquarium & Underwater Zoo", "Palm Jumeirah", "Atlantis", "Jumeirah Beach Residence", eləcə də “Safari” və "Dubai Marina”ya səfər ediblər.
Səfər çərçivəsində “Amazon Travel” şirkətinin təsisçisi və direktoru Seymur Allahverdiyevin təşəbbüsü ilə tərəfdaşlar 6-9 may tarixində baş tutan və bütün dünyanın dörd bir tərəfindən turizm şirkətlərini bir araya gətirən Arabian Travel Market (ATM) beynəlxalq sərgisində də iştirak ediblər.
Sərgidə “Amazon Travel” şirkətinin tərəfdaşlarının stendləri ziyarət edilib. Həmçinin digər tərəfdaşlarla turizm və tərəflər arasında maraq doğuran söhbətlər aparılıb, ölkəmizin turizm potensialı haqqında geniş məlumat verilib. Eyni zamanda Azərbaycanın səfalı yerləri və turizmə açıq şəhərləri haqqında hazırlanan kataloq və bukletlər s ərgidə iştirak edən bütün ölkələrin turizm şirkətlərinə təqdim edilib.
Qeyd edək ki, artıq Azərbaycan Hava Yolları (AZAL) Səudiyyə Ərəbistanının Ər-Riyyad, Dammam və Ciddə şəhərlərinə müntəzəm üçüşlar təşkil edir. Məhz bu uçuşların nəticəsi olaraq Səudiyyə, həmçinin yaxın qonşu ölkələrdən - Dammam və Ər-Riyaddan ölkəmizə çoxlu sayda turist axını imkanı yaranır.