Noyabrın 7-dən Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı - Bakı - Almatı marşrutu üzrə uçuşlara başlayır.
Eləcə də bax: Azərbaycan vətəndaşlarının - Vizasız Gedə Biləcəyi - 66 ÖLKƏ, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, uçuşlar cümə axşamı və bazar günləri həyata keçiriləcək. Qiymətlər 400 ABŞ dollardan başlayır.
Qeyd edək ki, Qazaxıstana 2020-ci ilin mart ayından etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı səbəbindən uçuşlar dayandırılmışdı. Belə ki, Almatı, Aktau və Nur-Sultan istiqamətində uçuşlar həyata keçirilirdi.
O vaxtadək Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "Air Astana" aviaşirkəti isə Nur-Sultandan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.