Sentyabr ayında Almaniyaya qeyri-qanuni yollarla 21 mindən çox miqrant gəlib. Bu 2016-cı ildən bəri Almaniyaya ən böyük miqrant axınıdır.
FED.az xəbər verir ki, bu barədə «Deutsche Welle»yə Almaniyanın Daxili işlər nazirliyi məlumat verib.
Almaniyaya 1 ay ərzində belə böyük miqrant axını 7 il olub - 25 650 miqrant gəlib.
Ümumilikdə yanvar-sentyabr aylarında Almaniyaya qeyri-qanuni yollarla 92 119 nəfər gəlib.
2022-ci ildə isə ölkəyə gələn qeyri-qanuni miqrantların sayı 57 min nəfəri keçmişdi.