Bundestaq Almaniyada vətəndaşlıq qanununa əsaslı dəyişiklikləri təsdiqləyib.
Venesiyada ayaqbasdı ödənişi 5 avro olaraq müəyyən edilib
FED.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Qanun layihəsinin lehinə 382 deputat, əleyhinə 234 deputat səs verib. 23 deputat bitərəf qalıb.
İslahat bəzi hallarda naturalizasiyanı sürətləndirmək və ikili vətəndaşlığı prinsipcə mümkün etmək məqsədi daşıyır.
Əsas məqam ondan ibarətdir ki, gələcəkdə əcnəbilər Almaniyada səkkiz deyil, cəmi beş il yaşadıqdan sonra alman pasportu üçün müraciət edə biləcəklər. “Xüsusi inteqrasiya nailiyyətləri” vəziyyətində, vətəndaşlığa keçmə üç ildən sonra mümkün olacaq.(Apa)