İyunun 7-də Heydər Əliyev Beynəlxalq Aeroportu Monteneqronun milli aviadaşıyıcısının Tivat-Bakı marşrutu üzrə ilk reysini qəbul edib.
Beynəlxalq Aeroportdan FED.az-a bildirilib ki, “Air Montenegro” aviaşirkətinin təyyarəsi yerli vaxtla saat 13:50-də Bakı aeroportuna uğurla eniş edib.
Monteneqronun aviadaşıyıcısı Tivat-Bakı-Tivat marşrutu üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşlar həyata keçirəcək.
Bu istiqamətdə biletləri aviadaşıyıcının rəsmi www.airmontenegro.com saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edərək uçuş coğrafiyasını genişləndirməklə sərnişinlərə daha çox səyahət variantları təqdim etməkdə davam edir.