Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin fəaliyyət göstərdiyi ölkələrdən sığınacaq axtaranların sayının artması ilə əlaqədar ayrı dövlətlər üçün vizasız rejimi dayandıra bilər.
ELƏCƏ DƏ BAX: Xaricə səyahət zamanı - 10 FAYDALI SAYT
FED.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Aİ-nin miqrasiya və daxili işlər üzrə komissarı Dimitris Avramopulos deyib.
"Vətəndaşları Avropa İttifaqına vizasız giriş hüququ olan dövlətlərə mesajımız aydındır: bu üstünlüyü qorumaq sizin öhdənizə düşür", - deyə "Deutsche Welle" Avropa komissarının sözlərini sitat gətirib.
O bildirib ki, əks tədbirlər Qərbi Balkan və Latın Amerikası ölkələrinə aid ola bilər.