“Bu gün deputatların turizmlə bağlı səsləndirdiyi bir çox məsələlər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərə alınıb”.
Eləcə də bax: Hotellərin 6 ay ərzində ulduz kateqoriyası əldə etməsi - TƏLƏB OLUNACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Dövlət Turizm Agentliyinin sədri bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər: “Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir”.
Spiker Sahibə Qafarova isə deyib ki, deputatların qaldırdıqları məsələlərin həll olunacağına əmin olmaq istəyirlər: “Deputatların təklifləri qəbul edilsə, bu, ancaq turizmin inkişafına dəstək olacaq”.