Rusiyanın “Aeroflot” aviaşirkəti "Boeing 737-800" təyyarələri ilə Sankt-Peterburqdan Bakıya müntəzəm reyslərə başlayır.
FED.az xəbər verir ki, "Pulkovo" hava limanından Azərbaycanın paytaxtına uçuşlar fevralın 17-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Bilet satışı artıq başlayıb.
"Sankt-Peterburqdan beynəlxalq uçuş proqramının genişləndirilməsi sayəsində region sakinləri Moskvada birbaşa səyahət üçün yeni imkanlar əldə edəcəklər. Cari mövsümdə sərnişinlər şimal paytaxtdan Antalya, İstanbul, Dubay, Daşkənd, Səmərqənd və İrəvana birbaşa uçuşlar həyata keçirə bilərlər", - deyə bildirilib. (Trend)