ABŞ-ın Bakıdakı Səfirliyi vizaların verilməsi ilə bağlı müraciət yayımlayıb.
FED.az xəbər verir ki, müraciətdə bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqadar olaraq ABŞ-ın Bakıdakı səfirliyi qeyri-mühacir viza əməliyyatlarını adi qaydada yerinə yetirə bilmir.
Bakıdakı ABŞ səfirliyi işçi axtarır - VAKANSİYA
“Hazırda biz, yerli şərtlər, resurslar və təhlükəsizlik məsələləri diqqətə alınmaqla missiya üçün vacib olan viza kateqoriyaları üçün məhdud sayda olan görüş vaxtı təklif edirik.
Sözügedən viza kateqoriyalarına müraciət ərizəsinə əsaslanan iş vizaları (H1B və L), heyət vizaları (C1/D), tələbə vizaları (F və M) və mübadilə proqram iştirakçiları üçün verilən (J) vizaları aiddir.
Həmçinin, müsahibədən azad olunan ərizəçilərdən, onların son 36 ay ərzində qüvvədən düşən biznes və turizm üçün verilən (B1/B2) vizası olduqda, yeni ərizələrini qəbul edirik.
Nəzərinizə çatdırırıq ki, müsahibədən azad olma prosesi yalnız Azərbaycan vətəndaşlarına və Azərbaycanda yaşayış icazəsi olan şəxslərə şamil olunur. Ən son viza müraciətləri imtina ilə nəticələnən ərizəçilər, müsahibədən azad olma prosesindən faydalana bilməzlər.
İş həcmindən asılı olaraq, görüş üçün yerlər müvafiq qaydada açılacaq.
Vizalara dair son məlumat: https://travel.state.gov/content/travel/en/News/visas-news/visa-services-operating-status-update.html?fbclid=IwAR1RPy8-yLTTWisNJUScoEfsNSqSu4IXMXkP549SvMPycC0N5H0hLcLFizQ
Görüş vaxtını təyin etmək üçün: https://ais.usvisa-info.com/en-az/niv/users/sign_in?fbclid=IwAR3YPDgZvwqSumxeK3nifYXtNsjbo5GYLyQZsb8n6VWa93ePyWPXowhch4Y
Vizaların hazır olma müddəti müxtəlif ola bilər, lakin bir çox hallarda viza prosesi sizin müsahibənizdən sonra bir neçə iş günü ərzində tamamlana bilər”.