ABŞ Prezidenti Co Bayden administrasiyası ölkəyə gələcək əcnəbi ziyarətçilərə koronavirus vaksini məcburiyyəti tətbiq etməyi planlaşdırır.
Eləcə də bax: Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı - SİYAHI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Nəşrin xəbərinə görə, adının açıqlanmasını istəməyən bir Ağ Ev rəsmisi bu məcburiyyətin, demək olar ki, bütün əcnəbilərə şamil olunacağını, bunun üçün ilk addımın atıldığını bildirib.
Qeyd edək ki, hazırda ABŞ-a səyahət edən hər kəsdən son 72 saat içərisində verilmiş mənfi nəticəli koronavirus testi tələb olunur.