Amerika Birləşmiş Ştatlarına köçmək üçün yeni üsul yaradılıb.
Yüksək ixtisaslı işçilərin ABŞ vizası alması çətinləşdi – $100 min tələb olunacaq
FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 19-da xaricilərin ABŞ-a köçməsini sürətləndirmək üsulunu nəzərdə tutan fərman imzalayıb.
Fərmana əsasən, ABŞ-a sürətli köçmək istəyənlərə «Trump Gold Card» ("Trampın qızıl kartı") veriləcək. Bu karta almaq üçün xarici vətəndaş 1 milyon dollar ödəməlidir.
ABŞ prezidenti elan edib ki, bu proqram ölkəyə «çox uğurlu» və «çox məhsuldar» adamları cəlb etmək məqsədi daşıyır. «Onlar buraya gəlmək üçün çox pul ödəyəcəklər».
ABŞ hökuməti elan edib ki, yeni qayda ABŞ-a hər il milyardlarla dollar cəlb etməyə imkan verəcək, «bu pullar vergilərin azaldılması, dövlət borcunun ödənilməsi və başqa faydalı məsələlərə» sərf ediləcək.
Bundan başqa, hər hansı ABŞ şirkəti öz işçisinə ABŞ-da daimi yaşayış icazəsini sürətli qaydada almaq istəsə bunun üçün 2 milyon dollar ödəməli olacaq.
Yeni proqramda xarici vətəndaşlar üçün «platin kart» da nəzərdə tutulub. «Trump Platinum Card» ("Trampın platin kartı") adlanan kartın qaydalarına əsasən xaricilər bu kartı almağa 5 milyon dollar ödəyib ABŞ-da yaşamaq icazəsi alacaqlar, bu zaman onlar xaricdə qazandıqları vəsaitə görə ABŞ-da vergi ödəməyəcəklər.
ABŞ-ın ticarət naziri Hovard Latnik Ağ Evdə bu münasibətlə çıxış edərkən bildirib ki, yeni proqram ölkəyə 100 milyard dollar cəlb etməyə imkan verəcək.