Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşamaq izni almaq şərtlərindən biri də bu ölkəyə investisiya yatırmaqdır.
FED.az xəbər verir ki, investorların ABŞ-a investisiya yolu ilə köçməsi EB-5 proqramı adlanır.
Eləcə də bax: İşçilərinə 10 milyon dollar payladı - QEYRİ-ADİ QƏRAR - VİDEO
EB-5 nədir?
EB-5 ABŞ-ın 1990-cı ildən fəaliyyət göstərənvə bu ölkəyə investisiya yolu ilə köçmək istəyən şəxslər üçün yaradılmış proqramdır. Bu proqram investorlara ABŞ-da yaşamaq icazəsi verir, həmçinin buproqram əsasında sonradan vətəndaşlıq da almaq olar. Bu proqramın əsas qaydaları minimal investisiya məbləği yatırmaq və qanuni işləməyi sübut etməkdir.
Dəyişikliyin məğzi nədən ibarətdir?
2019-cu il 21 noyabr tarixində ABŞ qanunvericiliyə edilən dəyişikliyə görə, EB -5 proqramında iştirak etmək üçün 500 min dollarlıq minimal investisiya tələbi 900 min dollara qədər artırılıb.
Xatırladaq ki, EB-5 proqramının qaydalarına yaradıldığı 1990-cı ildən heç bir dəyişiklik olmayıb. 2017-ci ildə qanuna dəyişiklik edilməsi müzakirə olunsa da heç bir dəyişiklik edilməyib. 2019-cu il 21 noyabr tarixinə kimi edilən müraciətlərin hamısına köhnə qaydada baxılacaq.
Proqramın tələblərinə görə, investor regional mərkəzlərin layihələrinə minimum 900 min dollar sərmayə etməlidir və ya ən azı 10 nəfər ixtisaslı şəxsin işləyəcəyi kommersiya mərkəzini yaradıb, 1,8 milyon dollar sərmayə yatırmalıdır. Yalnız bundan sonra ABŞ-da investisiya yolu ilə yaşamaq icazəsi almaq olar.