“Abrau-Durso” Şirkətlər Qrupu Azərbaycandakı şərab zavodunun bazasında turizm mərkəzi yaratmağı planlaşdırır.
Tuğdakı şərab zavodu həm də turizm obyekti olacaq - PREZİDENTƏ MƏLUMAT VERİLDİ
FED.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərə qrupun səhmdarı Boris Titov məlumat verib.
“Bizim Azərbaycanda şərabçılıq layihəmiz var və o, artıq real nəticələr verir. Bu gün biz Azərbaycanın bütün şərab zavodları arasında Rusiyaya ixrac üzrə birinci yerdəyik. Bundan başqa, Azərbaycanda turizm mərkəzinin açılması planlaşdırılır”, - deyə B.Titov bildirib.
O vurğulayıb ki, Azərbaycan istehsal olunan şərabın həcminə görə Sovet İttifaqında birinci yeri tuturdu.
B.Titov layihənin həyata keçirilmə vaxtını və investisiyaların həcmini açıqlamayıb.
“Abrau-Durso” Şirkətlər Qrupunun törəmə müəssisəsi olan “AzAbrau” MMC 2021-ci ilin dekabr ayında “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının (86,64%) satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.
“AzAbrau” 2022-ci ildə Rusiyaya 600 min şüşə şərab ixrac edib, 2023-cü ildə bu rəqəm 3,5 milyon təşkil edəcək.
“Abrau-Durso”nun prezidenti Pavel Titov dekabrda mətbuat konfransında bildirmişdi ki, 2023-cü ilin II rübündə Azərbaycandakı müəssisədə köpüklü şərab istehsalı xəttinin istifadəyə verilməsi planlaşdırılır. (İnterfaks-Azərbaycan)