Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindən biri olan Şəkinin turizm xəritəsində yeni ünvan: “Art Hotel by ABAD Guest”.
FED.az xəbər verir ki, bu Qonaq Evi sıradan bir mehmanxana deyil, burada qonaqlama sənətkarlığın bir parçası olmaq deməkdir. Çünki hotel “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin birinci mərtəbəsində təşkil edilib. Həmçinin bu Mərkəzin Şəki şəhər “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda, Şərq memarlığının incisi hesab olunan Xan Sarayı kompleksinə daxil olan binada yerləşməsi butik hoteli tarixin də bir parçası olduğunu özünün hər bir daşında duyurur.
Qonaq Evi Şərq üslübünda dizayn edilmiş 8 nömrədən ibarətdir, ümumi olaraq burada 20 nəfərədək qonağın yerləşdirmək imkanı var. Hər nömrə sanitar qovşağı və digər zəruri infrastrukturla təmin olunub.
Qonaqlar üçün həmçinin sənətkarlıq emalatxanalarında duluşçuluq və keramika üzrə ustad dəsrslərindən yararlanmaq xidmətinə xüsusi endirimlər olacaq. Bundan başqa, burada qış mövsümü üçün restoran və yay mövsümü üçün açıq terras təşkil olunub.
Qeyd edək ki, “Art Hotel by ABAD Guest” Qonaqlama Evi “ABAD” publik hüquqi şəxsin “Turizm” istiqaməti çərçivəsində fəaliyyətə başlayan ilk qonaq evidir. Hotel çox yaxın zamanda qonaqların aktiv qəbuluna start verəcək.