İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 3 min 993 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.
Vətəndaşın ölkədən çıxışına hansı hallarda - "STOP" QOYULA BİLƏR? - VİDEO
Dövlət Miqrasiya Xidmətindən (DMX) FED.az-a verilən məlumata görə, bu qərarlardan 1104-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə tətbiq olunub.
Digər 2 min 889 əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkəyə girişinə məhdudiyyət qoyulub.