Bu 18 yaşlı 20-30 min Aİ vətəndaşının “Interrail” ödənişsiz gediş kartı əldə edəcəyi eksperiment üçün 12 milyon avro ayıran Avropa Komissiyasının təşəbbüsüdür. “Interrail” abonementi ilə bir ay müddətində Avropanın 30 ölkəsinə, o cümlədən İsveçrə və Norveçə pulsuz səyahət etmək olar. Avropa Komissiyası iki ildən sonra 18 yaşına çatmış bütün vətəndaşların “Interrail” ödənişsiz abonementlə təmin olunmasını istəyir. Beləliklə, gənc avropalılar qitənin digər ölkələri və oradakı insanlarla tanış ola bilərlər.
FED.az xəbər verir ki, Aİ-nin təhsil, mədəniyyət, gənclər və idman üzrə komissarı Tibor Navraçiç bildirib ki, təhsil təkcə sinif otaqlarında aparılan tədrisdən ibarət olmayıb, həm də Avropa xalqlarının mədəniyyəti və ənənələri ilə tanışlıqdır.
Avropa parlamentariləri arasında bu təşəbbüsün çoxsaylı tərəfdarları ilə yanaşı, bu məqsədlə ayrılacaq vəsaitin gənclər arasında işsizliyin aradan qaldırılmasına yönəldilməsinə üstünlük verənlər də var.
Avropa Komissiyasının hesablamalarına görə, 5 milyondan çox gəncə abonementlərin verilməsi ildə 1 milyard avrodan çox vəsaitə başa gələcək.
“Interrail” abonementinin bu günə olan dəyəri 510 avro təşkil edir. Aİ-nin 2000-ci il təvəllüdlü bütün vətəndaşları eksperimentdə iştirak etmək üçün müraciət edə bilərlər.