Banner

Turizm

4 dollara təyyarə biletinin - SATIŞI BAŞLAYIB

4 dollara təyyarə biletinin - SATIŞI BAŞLAYIB | FED.az
22:42 18 May 2019

Çində 4 dollarlıq təyyarə biletlərinin satışı başlayıb.
FED.az xəbər verir ki, bu qiymətə biletlər Şansi vilayətindəki şəhərlərin arasındakı qısa məsafəli reyslərə satılır.
 
Çinin şimalındakı Şansi vilayətində turistlərə qüsa məsafəli uçuşlar təklif edilir. Lyulyan və Tayyuan şəhərlərini birləşdirən təyyarə reysi 200 kilometr məsafəni cəmi 45 dəqiqəyə qəti edir, avtomobillə bu yol 3 saatlıqdır.
 
Lyulyan aeroportunun rəhbərliyi bildirib ki, biletlərə tələbat o qədər yüksək olub ki, may ayının biletləri bir anda satılıb.
 
Məsələ bundadır ki, ənənəvi reyslərdən fərqli olaraq bu reysdə təyyarə aşağıdan uçur və nəticədə sərnişinlər buludlar və uzaqdan görünən landşaftın əvəzinə yerə daha yaxın gözəl mənzərələri görə bilirlər. Uçuş qiyməti isə 28 yuan və ya təqribən 4 dollardır. Bu avtobus qiymətindən də aşağıdır.

Digər xəbərlər

Banner