İrlandiyanın “Ryanair” şirkətinə məxsus pilot və bələdçilərin tətili ilə bağlı bu gün üçün nəzərdə tutulan 2400 reysdən 250-i ləğv edilib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, tətillər İspaniya, Hollandiya, Belçika, Almaniya, Portuqaliya və İtaliyada davam edir.
Tətil iştirakçıları iş şərtlərinin yaxşılaşmasını, digər ölkələrdə də İrlandiya qanunlarının tətbiq olunmamasını tələb ediblər. Şirkət əməkdaşları əmək şərtlərini hər ölkənin daxili şəraitinə uyğunlaşdırmağı tələb ediblər.
“Ryanair”in rəhbərliyi isə bu tələbləri 2019-cu il ərzində icra etməyə hazır olduğunu bəyan edib.
250 aviareys təxirə salındı - PİLOTLAR TƏTİL EDİR
23:13
28 Sen 2018