Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Turizm Mərkəzinin ən hündür nöqtədə kafe tikilib.
FED.az xəbər verir ki, dəniz səviyyəsindən 2351 metr hündürlükdə kafeyə “Shahdag 2351” adı verilib.
Bu gün Prezident İlham Əliyev “Shahdag 2351” kafesinin qarşısında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, burada baxış meydançası yaradılıb, ərazidə ehtiyat helikopter meydançası inşa edilib, hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb.
5 saylı kanat yolunun yuxarı operator məntəqəsi dəniz səviyyəsindən 2351 metr hündürlükdə inşa edilib.
©marja