“Azad olunmuş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfəri gözlənilir. Bu isə daha böyük perspektivlərdən xəbər verir”.
Eləcə də bax: Hadrut və Tuğun turizm potensialından - İSTİFADƏ EDİLƏCƏK
FED.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Emin Hüseynov bildirib ki, bölgədə turizmin müxtəlif növlərinin inkişafı təmin ediləcək: “Qarabağın inkişafı və bərpası, o cümlədən bölgənin turizm potensialının düzgün reallaşdırılması bundan sonra hər birimizin qarşısında şərəfli və məsuliyyətli missiya olaraq qalır. Qeyd olunan işlərin icrasında nəinki dövlət qurumları, o cümlədən hər bir vətəndaşımız, xaricdə yaşayan azərbaycanlılar səfərbər olmalıdır". (Apa)