Turizm

2020-ci ildən Xəzərdə - DƏNİZ KRUİZLƏRİ BAŞLAYIR

2020-ci ildən Xəzərdə - DƏNİZ KRUİZLƏRİ BAŞLAYIR | FED.az
13:28 13 İyun 2019

Xəzər dənizində kruizlərin təşkilinə 2020-ci ildə başlanacağı gözlənilir. Bu, Xəzəryanı 5 dövləti əhatə edəcək.

FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
 

ELƏCƏ DƏ BAX: "Yanardağ" qoruğuna biletin qiyməti açıqlandı - MƏBLƏĞ

 

Onun sözlərinə görə, Xəzər dənizində kruizlərin təşkili layihəsi tam olaraq Rusiyanın təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan və digər Xəzəryanı dövlətlər bu layihəyə dəstək olurlar.

K.Quluzadə əlavə edib ki, kruiz üçün nəzərdə tutulan "Pyotr Velikiy" gəmisi Rusiyada hazırlanır: "Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri çərçivəsində həmin məsələni yenidən gündəmə gətirib. Hazırda Azərbaycan tərəfi Həştərxan quberniyası və müvafiq dəniz qurumları ilə danışıqlar aparır. Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Kruizlərin qiymətlərini Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə ki, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, onlar daha sərfəli olsunlar".

Digər xəbərlər