Kliniki Tibbi Mərkəz “Tibbi avadanlıqların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Garant Plus” MMC olub.
Şirkətlə 1 648 460 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 1 ədəd tavan montajlı single plane ürək-damar C-qol sistemi (Angioqraf) və 1 ədəd süni qan dovranı cihazı - pompa (Heart Lung Machine) satın alınacaq.
Qeyd edək ki, “Garant Plus” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Həsənağa İlyaslı Rövşən oğludur. Hüquqi ünvanı AZ1100, Bakı Şəhəri Yasamal Rayonu, Nazim Hikmət, ev 25, m. 54 ünvanında yerləşir.