2021-ci ildə İmişli rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 468 min 239 manat məbləğində 8 tender keçirilib.
Ağcabədidə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Şuşada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Mingəçevirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Qarabağ tenderləri: portaldan kənar 11 milyon sifariş - 22 ŞİRKƏTƏ VERİLDİ – SİYAHI, MƏBLƏĞLƏR
Ağdaşda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Göyçayda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, İmişli Şəhər İcra Hakimiyyəti tenderə 1 milyon 397 min 182 manat xərcləyib. Demək olar ki, rayonun bütün tenderlərini İH keçirib. Çünki bu məbləğ rayonda il ərzində keçirilmiş bütün tenderlərin 95 faizini təşkil edir. Ən böyük tenderin qalibi isə "Orion-E" MMC olub. Şirkət 899 min 507 manatlıq 3 tenderi qazanmaqla İH-nin ümumi tenderlərinin 64 faizini udub.
71 min 57 manat dəyərində diigər 2 tenderi isə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsi və İmişli Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi keçirib.
Qeyd edək ki, İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 62 min 557 manatlıq tenderinin qalibi də "Orion-E" MMC olub.
İmişli tenderlərini bu şirkətlər udub: "Orion-E" MMC, "Koneks Construction" MMC, Samış MMC
FED.az 2021-ci ildə İmişli rayonunda keçirilən tenderləri təqdim edir: