Azərbaycanda işğaldan azad olunan ərazilərdə görüləcək işlərlə bağlı növbəti tenderlərin nəticələri açıqlanıb.
Eləcə də bax: Qarabağda bərpa işlərinin əsaslandırılmasına 6,7 mln. manatdan çox pul - XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan «Ərazi Tikinti-Planlaşdırma Mərkəzi» işğaldan azad edilən rayonların bir sıra kəndləri və qəsəbələrinin şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satın alınması üzrə tenderlərin qaliblərini elan edib.
Maraqlıdır ki, sözügedən tenderlərin nə zaman elan edildiyi məlum deyil. Çünki artıq ənənə çevrilməkdə olan qaydaya görə, işğaldan azad edilmiş ərazilərdə işlər üzrə tenderlərin əksəriyyəti dövlət satınalmalarının vahid portalında (etender.gov.az) elan edilmir, burada yalnız tenderlərin nəticələri elan edilir.
Beləliklə, aprelin sonunda yekun vurulan 22 tender 9 rayonda şəhərsalma əsaslandırılması işlərinə həsr edilib.
Ümumi həcmi 11,3 milyon manat olan 22 tender 7 şirkət və təşkilat arasında bölüşdürülüb. Bunlar «Qala Group» MMC, «Feniks-AA» MCC, «Bureau Mühit», «BİMD» QSC şirkətləri, Türkiyənin «REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited» şirkətinin Azərbaycandakı filialı, eləcə də Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu və Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutudur.
Ən «kiçik» tender – cəmi 250 min manat - «FENİKS-AA» MCC-yə çatıb. Bu şirkət Şuşa rayonunun Daşaltı kəndinin şəhərsalma işlərini həyata keçirəcək.
«QALA GROUP» MMC şirkəti Cəbrayıl (Horovlu kəndi), Zəngilan (Cahangirbəyli və Məmmədbəyli kəndləri) və Laçın (Güləbird kəndi)rayonlarında ümumilikdə 4 tender və 1,3 milyon manatlıq sifariş qazanıb.
«BUREAU MÜHİT» şirkəti isə Cəbrayıl (Xudafərin qəsəbəsi), Laçın (Şəlvə kəndi) və Kəlbəcər (Zar kəndi) rayonları üzrə ümumi məbləği 840 min manat yaxın olan 3 tender qazanıb.
«BİMD» QSC şirkəti Kəlbəcər (Yanşaq və Zallar kəndləri) və Füzuli (Dədəli və Pirəhmədli kəndləri) rayonları üzrə ümumi məbləği 1,53 mmilyon manat olan 4 tenderin qalibi olub.
«Azərmemarlayihə» Dövlət Baş Layihə İnstitutu ümumi məbləği 1,5 milyon manat olan 4 tenderin qalibi olub. Bu tenderlər Ağdam (Sarıcalı, Kəngərli, Xıdırlı kəndləri) və Laçın (Qorçu kəndi) rayonlarındakı işləri əhatə edir.
«Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutu Qubadlı (Mahruzlu, Xanlıq, Zilanlı kəndləri) və Cəbrayıl (Şükürbəyli kəndi) rayonları üzrə ümumi məbləği 1,45 milyon manat olan 4 satınalmanın qalibi olub.
Nəhayət, ən böyük məbləğli 2 tenderdə Türkiyənin «REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited» şirkətinin Azərbaycandakı filialı qalib gəlib. Xocavənd rayonunun Tuğ və Hadrut məntəqələrinin şəhərsalmasının əsaslandırılması üçün Türkiyə şirkətinə ümumilikdə 4,4 milyon manat ödəniləcək.
Qeyd edək ki, «QALA GROUP» MMC şirkəti 11.05.2011-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 110 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, ev 41-də yerləşir. Qanuni təmçilçisi Səfərov Abil Səməd oğludur.
«FENİKS-AA» MMC şirkəti 06.11.2001-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 152, m. 66-da yerləşir. Qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.
«BİMD» QSC 28.12.2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 8-də yerləşir. Qanuni təmsilçisi Qarayev İlkin Malik oğludur.
«BUREAU MÜHİT» MMC şirkəti 18.06.2021-də yaradılıb. Nizamnamə kapitalı 10 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 82, m. 3-də yerləşir. Qanuni təmsilçisi Bayramov Toğrul Şahin oğludur.
No |
Lotun adı |
Qalib |
VÖEN |
Məbləğ (AZN) |
Tarix |
|
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi |
|
|||
1 |
Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Feniks-AA MMC |
2000094981 |
250 000 |
29.04.2022 |
2 |
Cəbrayıl rayonunun Horovlu kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Qala Group MMC |
1601355741 |
387 370 |
29.04.2022 |
3 |
Zəngilan rayonunun Cahangirbəyli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Qala Group MMC |
1601355741 |
330 000 |
29.04.2022 |
4 |
Zəngilan rayonunun Məmmədbəyli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Qala Group MMC |
1601355741 |
339 999 |
29.04.2022 |
5 |
Laçın rayonunun Güləbird kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Qala Group MMC |
1601355741 |
295 000 |
29.04.2022 |
6 |
Qubadlı rayonunun Mahruzlu kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu |
1400229741 |
360 000 |
29.04.2022 |
7 |
Qubadlı rayonunun Xanlıq kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu |
1400229741 |
380 000 |
29.04.2022 |
8 |
Qubadlı rayonunun Zilanlı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu |
1400229741 |
335 000 |
29.04.2022 |
9 |
Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu |
1400229741 |
378 424 |
29.04.2022 |
10 |
Ağdam rayonunun Sarıcalı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu |
1400126121 |
290 000 |
29.04.2022 |
11 |
Ağdam rayonunun Kəngərli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
|
Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu |
1400126121 |
325 000 |
29.04.2022 |
12 |
Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu |
1400126121 |
470 000
|
29.04.2022 |
13 |
Laçın rayonunun Qorçu qəsəbəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu |
1400126121 |
420 000 |
29.04.2022 |
14 |
Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Bureau Mühit MMC |
2006792941 |
185 018 |
28.04.2022 |
15 |
Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Bureau Mühit MMC |
2006792941 |
297 242 |
28.04.2022 |
16 |
Kəlbəcər rayonunun Yanşaq kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
BİMD QSC |
1504373601 |
270 000 |
28.04.2022 |
17 |
Kəlbəcər rayonunun Zallar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
BİMD QSC |
1504373601 |
310 000 |
26.04.2022 |
18 |
Füzuli rayonunun Dədəli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
BİMD QSC |
1504373601 |
490 000 |
28.04.2022 |
19 |
Füzuli rayonunun Pirəhmədli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
BİMD QSC |
1504373601 |
460 000 |
28.04.2022 |
20 |
Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited şirketinin Azərbaycan Respublikasındakı Filialı |
1405307691 |
2 242 000 |
28.04.2022 |
21 |
Xocavənd rayonunun Tuğ kəndinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited şirketinin Azərbaycan Respublikasındakı Filialı |
1405307691 |
2 124 000 |
28.04.2022 |
22 |
Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması |
Bureau Mühit MMC |
2006792941 |
365 800 |
28.04.2022 |
YEKUN 11 304 853 |