2021-ci ildə Ağcabədi rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 162 min 493 manat məbləğində 31 tender keçirilib.
Şuşada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Mingəçevirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Qarabağ tenderləri: portaldan kənar 11 milyon sifariş - 22 ŞİRKƏTƏ VERİLDİ – SİYAHI, MƏBLƏĞLƏR
Ağdaşda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Göyçayda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, Ağcabədi Şəhər İcra Hakimiyyəti 14 tenderə 1 milyon 8 min 176 manat xərcləyib. Bu, rayonda il ərzində keçirilmiş bütün tenderlərin faizini təşkil edir. Ən böyük tenderin qalibi isə “Fərid” MMC olub. Şirkət Ağcabədi şəhərinin bəzi küçələrində və yollarında əsaslı təmir işləri üzrə 545 min 199 manatlıq tenderi qazanmaqla rayonun ümumi tenderlərinin 25.2 faizini udub. Qeyd edək ki, İH-nin il ərzindəki tenderləri rayonun ümumi tenderlərinin demək olar ki, yarısına bərabərdir (47 %).
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası 9 tenderə 229 min 105 manat xərcləyib. Xəstəxananın ən böyük tenderini isə "A4 Plaza" MMC qazanıb (48 min 959 manat). Bu, xəstəxananın ümumi tenderlərinin 21.3 faizi deməkdir.
Ağcabədi tenderlərini udan şirkətlər bunlardır: “Lələtəpə” MMC, "Elçin-TTQİ" MMC, "Qarabağ İnşaat-2016" MMC, “Fərid” MMC, "Azərfood-2007" MMC, "Medsol" MMC, "Kale Solution" MMC, "Azimut Reklam və Təchizat" MMC, “Harmony İndustrial Construction And Engineering Group" MMC, “Salmaoğlu Mebel 2019" MMC, "Gülay 2012" MMC, "A4 Plaza" MMC, "Bərdə Tikiş Evi" ASC, "Kristal Avto" MMC, “City Construction" MMC, “İnşaatçı-Neftçi” MMC.
FED.az 2021-ci ildə Ağcabədi rayonunda keçirilən tenderləri təqdim edir: