İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi iki tenderin nəticələrini elan edib.
- Dövlət Agentliyi 3 ədəd modul tipli xəstəxana üçün – 1,8 MİLYON MANAT AYIRDI
-
İcbari Tibbi Sığorta Agentliyi bu şirkəti 14 milyon manatlıq – TENDERİN QALİBİ SEÇDİ
FED.az xəbər verir ki, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tələbatına əsasən Power BI Embedded lisenziyasının müddətinin uzadılması xidmətinin satına alınması" tenderin qalibi "Buz Tech" MMC (VÖEN: 1005187621) olub.
Şirkətlə 230 749 manat məbləğində müqavilə imzalanıb.
"Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əsas inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidənqurma layihəsi üzrə layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması" tenderin qalibi "Eracon" MMC (VÖEN: 1504558361) olub.
Şirkətlə 144 550 manat məbləğinə satınalma müqavilə imzalanıb.
İki tenderin birlikdə dəyəri 375 299 manatdır.