İcbari Tibbi Sığorta Agentliyi “İşğaldan azad olunmuş ərazilərdə üç ədəd modul tipli xəstəxana komplekslərinin hazırlanması və quraşdırılması işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “SS-İnşaat” Məhdud” MMC olub. Şirkətlə 1 milyon 858 min 170 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də “Azərskosmos” agentliyinin 284 min 233 manat dəyərindəki “Coğrafi İnformasiya Sistemləri Mərkəzi üçün nəzərdə tutulan ofisin əsaslı təmiri işlərinin satın alınması” (15.11.2022) tenderini qazanıb.