İcbari Tibbi Sığorta Agentliyi “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Az-Tex-İmport” Məhdud” MMC olub. Şirkətlə 14 milyon 199 min 336 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Kommunal Xidmətlər Müəssisəsinin 995 min manat dəyərindəki “Nəqliyyat və xüsusi texnikaların satınalınması” (04.11.2022) tenderini qazanıb.