2020-ci ilin yanvar-dekabr aylarında Gəncə rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 49 milyon 763 min 565 manat olan 101 tender keçirilib.
Eləcə də bax: Şabranda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Eləcə də bax: Tovuzda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Eləcə də bax: Abşeronda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Eləcə də bax: Qusar rayonunda tenderləri kimlər udur?- MƏBLƏĞLƏR - SİYAHI
Eləcə də bax: Tərtərdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, ən böyük həcmdə tenderi keçirən Gəncə Rayon İcra Hakimiyyəti olub. Gəncə Rayon İcra Hakimiyyəti ümumi məbləği 26 milyon 596 min 595 manat olan 19 tender müqaviləsi bağlayıb.
"Rövşən Oğuz Qrup" MMC İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi olub. Belə ki, Gəncə Rayon İcra Hakimiyyəti qalib şirkətə 16 milyon 900 min manat ödəyəcək.
"Rövşən Oğuz Qrup" MMC eyni zamanda İcra Hakimiyyətinin keçirdiyi digər böyük tenderin(1 milyon 800 min manat) qalibi də olub.
Gəncədə keçirilən 2-ci böyük tenderin qalibi isə "ƏRDAGI" MMC olmuşdur. Bu tenderin məbləği 1 milyon 997 min 796 manat təşkil edir.
Eləcə də bax: Ucar rayonunda dövlət tenderlərini - KİMLƏR UDUR? - SİYAHI, MƏBLƏĞLƏR
Eləcə də bax: Sumqayıtda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Eləcə də bax: Cəlilabad rayonunda tenderləri kimlər udur?- MƏBLƏĞLƏR - SİYAHI
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 tenderinin ümumi məbləği 10 milyon 223 min 008 manat olub.
Dövlət qurumunun keçirdiyi tenderin ən böyüyünü "ƏRDAGI" MMC qazanıb. "ƏRDAGI" MMC Dövlət qurumu ilə 2 tender müqaviləsi bağlayıb. Müqaviləyə əsasən Dövlət qurumu "ƏRDAGI" MMC-yə 3 milyon 174 min 710 manat və 3 milyon 970 min 850 manat ödəyib.
Gəncə Dövlət Universiteti sayca Gəncədə ən çox tender keçirən dövlət qurumu olub. Universitet 23 tender keçirib ki, bunun həcmi 1 milyon 707 min 738 manat olub.
"EVOLE COMMERSE ES" MMC Universitetin 4 tenderinin qalibi olmaqla ən çox tenderin qalibi ünvanını qazanıb. Universitet "EVOLE COMMERSE ES" MMC-ə 65 min 039 manat ödəyib.
Bundan başqa Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 13 tender, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 tender Saylı Gəncə İdarəsi 7 tender, Gəncə Regional Mədəniyyət İdarəsi 6 tender, Gəncə Şəhər Səhiyyə İdarəsi 4 tender keçirib ki, tenderin məbləğləridə müvafiq olaraq 475 min 941 manat ,9 milyon 072 min 842 manat, 398 min 364 manat,515 min 388 manat təşkil edir.
FED.az 2020-cu ildə Gəncə rayonunda keçirilən tenderləri təqdim edir.