Ötən ilin yanvar-dekabr aylarında Cəlilabad rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 337 min 286 manat olan 27 tender keçirilib.
Eləcə də bax: Nizami Rayonunda keçirilən tenderin - QALİBİ KİMDİR?
FED.az-ın məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyəti ümumi məbləği 1 milyon 609 min 600 manat olan 7 tender müqaviləsi bağlayıb. “Enerji Tikinti Servis” MMC İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi olub. Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyəti qalib şirkətə 651 min 965 manat ödəyəcək. 2-ci böyük tenderin qalibi isə “May-AK İnşaat” MMC olmuşdur. 2-ci böyük tenderin məbləği 520 min 865 manat təşkil edir. “May-AK İnşaat” MMC eyni zamanda Icra Hakimiyyətin keçirdiyi 4 tenderində qalibi olub. Cəlilabad Rayon İcra Hakimiyyəti 4 tenderə görə 738 min 886 manat ödəyəcək
Cəlilabad Suvarma Sistemlərinin İdarəsinin 3 tenderinin ümumi məbləği 450 min 128 manat olub. Dövlət qurumunun hər 3 tenderini “Akustik” MMC qazanıb.
Cəlilabad rayonunda keçirilən məbləği 100 mindən çox olan 7 tenderi Cəlilabad Müalicə Diaqnostika Mərkəzi keçirib. Ən böyük tenderin qalibi "TİİM" MMC şirkəti olub. Tenderin məbləği 62 min 955 manat olub.
FED.az 2020-cu ildə Cəlilabad rayonunda keçirilən tenderləri təqdim edir.