2020-ci ilin yanvar-dekabr aylarında Abşeron rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 3 milyon 376 min 953 manat olan 14 tender keçirilib.
Eləcə də bax: Qusar rayonunda tenderləri kimlər udur?- MƏBLƏĞLƏR - SİYAHI
FED.az-ın məlumatına görə, ən çox tender keçirən Abşeron Rayon İcra Hakimiyyəti olub. Abşeron Rayon İcra Hakimiyyəti ümumi məbləği 2 milyon 207 min 129 manat olan 6 tender müqaviləsi bağlayıb.
“Enerji Tikinti Servis” MMC İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi olub. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti qalib şirkətə 1 milyon 198 min 840 manat ödəyəcək.
2-ci böyük tenderin qalibi isə "KASPİAN STANDART" MMC olub - 410 min 053 manat təşkil edir.
Abşeron Suvarma Sistemlərinin İdarəsinin 4 tenderinin ümumi məbləği 917 min 496 manat olub. Dövlət qurumunun hər 4 tenderini "RETRO HOLDİNG" MMC qazanıb.
Eləcə də bax: Cəlilabad rayonunda tenderləri kimlər udur?- MƏBLƏĞLƏR - SİYAHI
FED.az 2020-cu ildə Abşeron rayonunda keçirilən tenderləri təqdim edir.