2020-cu ildə Qusar rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 085 min 086 manat məbləğində 27 tender keçirilib.
Eləcə də bax: Cəlilabad rayonunda tenderləri kimlər udur?- MƏBLƏĞLƏR - SİYAHI
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 11 tenderə 1 milyon 424 min 996 manat xərcləyib.
Qusar Rayon Icra Hakimiyyətinin keçirdiyi ən böyük 2 tenderi bir şirkət udub. Bele ki, "EVEREST TİKİNTİ" MMC dəyəri 588 min 654 manat və 539 min 098 manat olan 2 tenderin qalibi olub.
Qusar rayon mərkəzi xəstəxanası ümumi məbləği 218 min 873 manat olan 7 tender müsabiqəsi keçirib. CilinC Medical MMC və ART POINT REKLAM MMC hərəsinə 2 dəfə olmaqla mərkəzi xəstəxananın tenderlərini qazanıblar. Şirkətlərin qazandığı tenderlərin məbləği müvafiq olaraq 84 min 237 manat və 63 min 214 manatdır.
Qusar Kommunal Müəssisələri Kombinatının keçirdiyi 5 tenderin 4-nün qalibi Verdixanov Mübariz Eygün olmuşdur. Qusar Kommunal Müəssisələri Kombinatı fiziki şəxsə 59 min 330 manat ödəyəcək.
Qusar Suvarma Sistemləri İdarəsi 3 tenderə 348 min 649 manat xərcləyib. Keçirilən hər 3 tenderin qalibi "SONA" MMC olmuşdur. Dövlət Qurumu şirkətə cəmi 348 min 649 manat ödəyəcək.