"İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi" Publik Hüquqi Şəxs “Vərəmlə mübarizə proqramına əsasən dərman vasitələrinin satın alınması” üzrə tenderin nəticələrini açıqlayıb.
Eləcə də bax: Dövlət qurumu kondisionerlər alır – TENDER ELANI
FED.az xəbər verir ki,nəticələrə görə tenderin qalibi "Keşəli" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qurumla 1 milyon 185 min 105 AZN dəyərində müqavilə bağlanıb.
Xatırladaq ki, "Keşəli" Məhdud Məsuliyyətli DİN Daxili Qoşunlar Baş İdarəsinin elan etdiyi 212 min 105 AZN dəyərində “2021-ci il üçün dərman preparatları və tibbi ləvazimatlar” tenderini qazanıb. (06.06.2021)