Azərbaycanda dövlət qurumlarının bank xidmətləri üzrə elan etdiyi tenderlərin sayı və qalibləri məlum olub.
Prezidentin Təhlükəsizlik Xidməti Milli Qvardiyanın tenderlərini kimlər udur? – SİYAHI, MƏBLƏĞLƏR
2 tenderdən 9 milyon manat qazanan şirkət – “Arko Təmir Tikinti” MMC - SİYAHI, MƏBLƏĞLƏR
“Edumedia Azərbaycan” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
«Ofis Plus» MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“Unisell” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“A4 Plaza” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“Sabiroğlu” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
Ədliyyə Nazirliyinin tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
"AZAL"ın tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
Qısa müddətdə 60-a yaxın tender – 10 milyonluq sifariş – ƏKSƏRİYYƏTİ İCRA HAKİMİYYƏTİ VƏ NAZİRLİKDİR - SİYAHI
Göyçayda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Astarada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az ölkədə dövlət qurumlarının istifadə etdiyi bank xidmətlərinin həcminin genişlənməsinə, əmək haqlarının demək olar ki, bütün ölkə üzrə nağdsız qaydada ödənilməsinə və nağdsız əməliyyatların artmasına baxmayaraq bank xidmətlərindən istifadə üzrə tenderlərin sayı olduqca azdır. Tenderlər vasitəsilə alınan xidmətlərin həcminə və siyahısı ilə tanış olduqda məlum olur ki, dövlət qurumlarının istifadə etdiyi əksər bank xidmətləri tenderdən kənar əldə edilir.
Dövlət satınalmaları portalına əsasən indiyədək bank xidmətlərinin alınması və ya ümumiyyətlə bankların hansısa formada əlaqəli olduğu məsələlərlə bağlı son 8 ildə cəmi 18 tender keçirilib.
Tenderlər ənənəvi bank xidmətləri (kart hesablarına xidmət, valyuta konvertasiyası, əmək haqqı ödənişləri, maaş və pensiyaların ödənişi) ilə yanaşı, digər xidmətləri, o cümlədən dəftərxana ləvazimatlarının alınması, sığorta, hətta mühafizə və strategiya yazılması kimi sahələri də əhatə edib.
Tenderlərdə ən çox «Kapital Bank» ASC qalib gəlib. Ölkənin ən böyük bankı olan dövlət bankı – «Azərbaycan Beynəlxalq Bankı» (ABB) ASC-i nəzərə almasaq, digər özəl banklar çox cüzi məbləğli tenderlərin qalibi olublar.
Ümumiyyətlə 2014-cü ildən keçirilən və bankların qalib olduğu dövlət tenderlərində 32 milyon 481 min 624 manatlıq sifariş edilib.
Bu məbləğin 20 milyon 788 min manatı və ya 64%-i «Kapital Bank» ASC-nin payına düşüb.
Bankların əsas «sifarişçisi» Dövlət Sosial Müdafiə Fondudur. 18 tenderdən 4-ü, məbləğ baxımından isə 31 milyon 751 min manatlıq sifariş bu qurumdan gəlib. Bu bütün sifarişlərin 97,7%-i deməkdir.
Digər banklar arasında ən böyük tenderi «Amrahbank» ASC qazanıb – sonuncu dəfə 3 il əvvəl – 2019-cu ildə Daxili İşlər Nazirliyinə dəftərxana ləvazimatları satıb. Xatırladaq ki, «Amrahbank» ASC 2 il əvvəl bağlanıb.
Digər iki tenderi 4 il əvvəl «Unibank» qazanıb – hər biri 30 min manat civarında olan sifvrişlər xarici valyutanın konvertasiyasına aid olub.
Digər banklara gəlincə, indiyədək «Ekspressbank» ASC 13 min manatlıq, «Günaybank» ASC isə cəmi 8 min manatlıq dövlət sifarişi əldə edə bilib.
Ölkədə 30-a yaxın bankdan digərləri dövlətdən sifariş almayıb – satınalmalar portalının məlumatları bu qənaətə gəlməyə əsas verir.