Sosial Xidmətlər Agentliyi “Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş – SİYAHI, MƏBLƏĞLƏR
Bu şəxs yemək xidmətindən 3,7 milyon manat - QAZANIB
FED.az xəbər verir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN : 1803349532) olub.
Qalib şəxsə 9 milyon 308 min 116 manat ödəniləcək.
Qeyd edək ki, tender çərçivəsində ümumilikdə 899 360 ədəd hazır yemək xidməti satın alınacaq. Bunlardan 21 900 ədədi sutkada 1 dəfə olmaqla nahar xidmətidir, yerdə qalan 877 460 ədəd yemək xidmətinə isə sutkada 3 dəfə qidalanma daxildir.
Xatırladaqki qalib şəxs bu il ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxsləri hazır yeməklə təmin edərək 3 336 258 manat qazanıb. Sözügedən tenderə isə 285 357 ədəd böyüklər üçün yemək xidməti və 34 310 ədəd uşaqlar üçün yemək xidməti aid olub.