Ölkəmizdə ən çox sifariş qəbul edən şirkətlərdən biri yemək xidməti təqdim edən şirkətlərdir. FED.az 2023-cü ildən günümzədək yemək xidməti sahəsində keçirlən tenderlərin qaliblərini araşdırıb.
İaşə xidməti ilə bağlı - TENDER KEÇİRİLİR
Daha üç rayonun məktəbləri üçün yemək tenderi - ELAN EDİLDİ
Bakı və Gəncədəki məktəblərin yemək tenderlərini - BU ŞİRKƏT UDDU - 12,7 MİLYON MANAT
Tender yolu ilə 2023-cü ildən indiyənədək müxtəlif şirkətlər tərəfindən toplamda 117 487 541 AZN dəyərində yemək xidməti sifarişi qəbul olunub. Bu tenderlerin 105 188 937 manatı ve ya 90 faizi Tehsil Nazirliyinin payına düşür.
Qeyd edilən zaman kəsiyində sayca ən çox sifariş qəbul edən şirkət "Tais İkf" MMC olub. Adı çəkilən şirkət 39 milyon 102 min AZN dəyərində 3 tenderi (Təhsil Nazirliyindən) udub.
Məbləğə nəzər yetirdikdə isə maksimum dəyərdə sifarişi "El-Oba" QSC şirkəti alıb. Şirkət nə az nə çox 43 981 650 AZN dəyərində 2 tenderin (Təhsil Nazirliyindən) qalibi seçilib.
Digər şirkətlərdən “Məişət İst” MMC, “Sabko” MMC, “Gulay-Food” MMC və “Seaport Catering” MMC şirkətləri dəyəri milyon manatdan yuxarı olan tenderləri udublar.
Adı çəkilən şirkətlərdən başqa 1 fiziki şəxs Ziyafət İsa Oğlu Fərzəliyev 2 müxtəlif quruma yemək xidməti təqdim edərək 3 766 258 AZN qazanıb.
5 şirkət yemək xidməti sahəsi üzrə milyon manatdan aşağı olan tenderlərini qalibi olub.
Qeyd edək ki, “El-Oba” QSC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsal Niftiyev Maşalla oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Sahəsi, ev 6 ünvanında yerləşir.
“Tais İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.
Qeyd edək ki, “Məişət İst” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Cəfərov İzahat oğludur. Hüquqi ünvanı AZ1149, Bakı Şəhəri Xətai Rayonu, Əhmədli Ştq, General Şıxlinski, ev 1A ünvanında yerləşir.
Qeyd edək ki, “Sabko” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Amil Sadıqov Telman oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5 ünvanında yerləşir.
Qeyd edək ki, “Gulay-Food” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 1 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Əlisoy Hüseyn oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri Nizami rayonu, Əzim Əzimzadə, ev 5, m. 3 ünvanında yerləşir.
Qeyd edək ki, “Seaport Catering” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 325 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Namiq Həsənov Rizvan oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr., ev 528 məhəllə, ev V, m. 25 ünvanında yerləşir.
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı |
Təklifin qiyməti |
Tarix |
1 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması |
"El-Oba" QSC |
32 872 634 AZN |
09.01.2024 |
2 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması |
“El-Oba” QSC |
11 109 016 AZN |
20.02.2023 |
Cəmi : 43 981 650 AZN |
|||||
|
|||||
1 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması |
"Tais İKF" MMC |
14 311 290 AZN |
30.12.2023 |
2 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması |
“Tais İKF” MMC |
12 704 454 AZN |
20.02.2023 |
3 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması |
“Tais İKF” MMC |
12 086 074 AZN |
09.01.2024 |
Cəmi : 39 101 818 AZN |
|||||
|
|||||
1 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması |
“Məişət İst” MMC |
8 268 094 AZN |
09.01.2024 |
2 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması |
“Məişət İst” MMC |
3 150 431 AZN |
20.02.2023 |
Cəmi : 11 418 525 AZN |
|||||
|
|||||
1 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması |
“Sabko” MMC |
5 984 196 AZN |
09.01.2024 |
2 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
2023-cü il ərzində Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması |
“Sabko” MMC |
4 702 748 AZN |
20.02.2023 |
Cəmi : 10 686 944 AZN |
|||||
|
|||||
1 |
"Sosial Xidmətlər Agentliyi" PHŞ |
Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yemək ilə təmin edilməsi xidmətlərinin satın alınması |
"Gulay-Food" MMC |
6 120 881 AZN |
23.02.2024 |
Cəmi : 6 120 881 AZN |
|||||
|
|||||
1 |
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ |
Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti |
Ziyafət İsa Oğlu Fərzəliyev |
3 336 258 AZN |
02.02.2024 |
2 |
"Sosial Xidmətlər Agentliyi" PHŞ |
Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yemək ilə təmin edilməsi xidmətlərinin satın alınması |
Ziyafət İsa Oğlu Fərzəliyev |
430 000 AZN |
07.01.2024 |
Cəmi : 3 766 258 AZN |
|||||
|
|||||
1 |
"Azəralüminium" MMC |
İşçilərin gündəlik yemək ilə təmin olunması xidmətinin satın alınması |
"Seaport Catering" MMC |
838 159 AZN |
23.11.2023 |
2 |
"Azəralüminium" MMC |
İşçilərin gündəlik yemək ilə təmin olunması xidmətinin satın alınması |
"Seaport Catering" MMC |
823 191 AZN |
13.12.2023 |
Cəmi : 1 661 351 AZN |
|||||
|
|||||
1 |
"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" PHŞ |
Hazır yemək (catering) xidməti 2024 |
"Blissful" MMC |
402 852 AZN |
11.12.2023 |
2 |
"Əsaslı Tikinti və Təchizat" MMC |
Mədəniyyət Nazirliyi üzrə keçiriləcək tədbir və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması |
"Smart Techno Services" MMC |
126 496 AZN |
06.10.2023 |
3 |
"Azərsu" ASC |
“Azərsu” ASC-nin daxili vəsaiti hesabına Oğuz-Qəbələ-Bakı (261,3km), BSK-1 (178,8km), BSK-2 (168km) magistral su kəmərlərində baş vermiş qəzalar zamanı və Ceyranbatan USQK-nin işçilərinin illik isti yeməklə təmin edilməsi xidmətinin satın alınması |
"Prestige Catering" MMC |
101 280 AZN |
15.05.2023 |
4 |
Dövlət İmtahan Mərkəzi" PHŞ |
Yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın alınması |
"Yuni Servis" MMC |
81 809 AZN |
26.01.2023 |
5 |
"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" PHŞ |
Hazır yemək (ketring xidməti) Noyabr, Dekabr ayları üçün |
"İaşəçi" MMC |
37 677 AZN |
16.11.2023 |
Cəmi : 750 114 AZN |
|||||
YEKUN : 117 487 541 AZN |