"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" və "Sosial Xidmətlər Agentliyi" hazır yemək xidmətinin satın alınması ilə bağlı tenderlərə yekun vurublar.
FED.az xəbər verir ki, hər iki qurumun keçirdiyi tenderi Ziyafət İsa Oğlu Fərzəliyev udub.
Qalib şəxs əvvəl adı çəkilən dövlət qurumlarından olan sifarişlərdən ümumilikdə 3 766 258 AZN qazanıb. Daha detallı cədvəldə :
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı |
Təklifin qiyməti |
Tarix |
1 |
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ |
Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti |
Ziyafət İsa Oğlu Fərzəliyev |
3 336 258 AZN |
02.02.2024 |
2 |
"Sosial Xidmətlər Agentliyi" PHŞ |
Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yemək ilə təmin edilməsi xidmətlərinin satın alınması |
Ziyafət İsa Oğlu Fərzəliyev |
430 000 AZN |
07.01.2024 |
Cəmi : 3 766 258 AZN |