“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” tibbi avadanlıqların satınalınması üzrə qalibi açıqlayıb.
FED.az xəbər verir ki, “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” Naxçıvan Muxtar Respublikası Səhiyyə müəssisələri üçün tibbi avadanlıqların satınalınması ilə bağlı tenderin qalibini müəyyən edib.
Qalib “Supplimed” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi məbləği 3 milyon 894 min manat təşkil edir.
“Supplimed” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan öncə Goranboy Rayon Mərkəzi Xəstəxanasının 46 min 891,7 manat dəyərindəki müxtəlif növ avadanlıqların satın alınması tenderinin qalibi seçilib.
Qeyd edək ki, bu şirkət 3 aprel 2014-cü ildə yaradılıb və 1 milyon 97 min 890.35 manat nizamnamə kapitalına malikdit. Qanuni təmsilçisi Həmid Mustafayev Kamil oğludur.