Təhsil və elm

UNEC ikili diplomları artırdı – 6 XARİCİ UNİVERSİTET

UNEC ikili diplomları artırdı – 6 XARİCİ UNİVERSİTET | FED.az
09:49 4 İyul 2019

Dövlət İqtisad Universiteti - UNEC-də 3 yeni ikili diplom proqramının təqdimatı keçirilib. FED.az xəbər verir ki, tədbirdə UNEC rəhbərliyi ilə yanaşı, Təhsil Nazirliyi, Fransa səfirliyi, təhsil ekspertləri və digər universitetlərin əməkdaşları iştirak edib. 
Eləcə də bax: «Bizim tələbələr ABŞ, Britaniya və Fransa diplomları da alacaq» – REKTORDAN AÇIQLAMA

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, bildirib ki, UNEC Azərbaycan universitetləri arasında ikili diplom proqramlarının sayına görə liderdir. 
Fransa səfirliyinin mədəniyyət müşaviri və Fransa-Azərbaycan İnstitutunun direktoru Johan Schittererin bildirib ki, UNEC Fransanın Montpellier Universiteti ilə uğurlu ikili diplom proqramı reallaşdırdırır. O, proqramda iştirak edən UNEC tələbələrinin potensialının çox yüksək olduğunu və ən yaxşı nəticələr göstərdiklərini deyib. 
Eləcə də bax: «Haqqımızda deyilənlər təxribat idi, diplomlarımız tanınır» - REKTORLA MÜSAHİBƏ


Tədbirdə UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı reallaşdırması münasibətilə Linkoln Universitetinin rektorunun təbrik videoçarxı nümayiş olunub. UNEC-in prorektoru Anar Rzayev isə yeni dərs ilindən etibarən reallaşdırılacaq 3 yeni ikili diplom proqramı barədə təqdimatla çıxış edib. Yeni proqramlar Fransanın paytaxtı Parisdə yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə bakalavr, ABŞ-ın Linkoln Universiteti və Fransanın Montpellier Universitetil ilə MBA və magistratura pilləsi üzrə  ikili diplom proqramlarının şərtlərini açıqlayıb. 
Eləcə də bax: «Universitetimizdə təhsil haqqı 2-3 min manat, müəllim maaşı 1000 manata qədərdir» - MÜSAHİBƏ


Tədbirdə bildirilib ki, UNEC hazırda London Universiteti London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) Universiteti ilə ikili diplom proqramları reallaşdırır. Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə isə ikili diplom proqramı artıq yekun mərhələsindədir. Ötən il Montpelier Universitetindən UNEC-in 5 tələbəsi, bu il isə 13 tələbəsi məzun olub. Magistr pilləsi üzrə İsveçrənin UBİS Universitetindən məzun olan UNEC-in 4 magistrinə diplomlar təqdim olunub.

Digər xəbərlər