Ali təhsil sahəsində vəziyyət, ixtisasların universitetlər arasında bölüşdürülməsi, diplomların tanınması və təhsil biznesi ilə bağlı FED.az-ın suallarına «Odlar Yurdu» universitetinin sahibi və rektoru Əhməd Vliyev cavab verir.
- Əhməd müəllim, bir qədər əvvəl məlumat yayıldı ki, «Odlar Yurdu» universitetinin diplamları Türkiyədə tanınmır və sizin universitetin məzunları Türkiyədə təhsillərini dvam etdirə bilməzlər. Bu məlumat doğrudur?
- Bilirsiniz, həmişə qəbul qabağı universitetimiz haqqında nə qədər şaiyələr çıxarırlar. Bir vaxtlar ümumiyətlə yazırdılar ki, «Odlar Yurdu» universiteti bağlanır. Amma bunların hamısı təxribatdır. Türkiyənin YÖK-ü ( Yükek Öyretim Kurulu) əgər bir problem çıxarmış olsaydı bizə xəbər edərdi. Biz Mövlana proqramına qoşulmuşuq, YÖK təsdiq edib göndərdi ki bizim 4 nəfər müəllimimiz YÖK-ün razılığı ilə Türkiyənin Bİngöl Universitetində Mövlana proqramı xətti ilə 2 həftə iştirak edəcək. Bu şaiyələr doğru olsaydı onda onu da nəzərə almazdılar. Biz YÖK-ə məktub yazdıq, onlarda elə bir məlumat yoxdur. Bunlar hamısı təxribatdır.
Eləcə də bax: «Bizim tələbələr ABŞ, Britaniya və Fransa diplomları da alacaq» – REKTORDAN AÇIQLAMA
- Yəni Türkiyə tərəfi dedi ki, sizin diplomlarınızı tanıyırıq?
- Təbii ki, tanıyırlar. Onlar bizə tələbə göndərirlər. YÖK bizə tələbə göndərir, bizim oradan tələbələrimiz var, hansı ki bizdə təhsil alırlar. Əgər YÖK onları göndərirsə, YÖK-ün klavuzu var, bizdəki tələbə qəbulu jurnalı kimi, orada bizim adımız yayımlanır, onda necə yayımlana bilər? Deməli təxribatdır hamısı.
Eləcə də bax: «Universitetimizdə təhsil haqqı 2-3 min manat, müəllim maaşı 1000 manata qədərdir» - MÜSAHİBƏ
- Bu məsələlər meydana çıxanda səfirliklə əlaqə saxladınız? Onlar nə dedi?
- Saxladım. Səfirlikdən bildirdilər ki onlar özləri də yazıblar ki, bu nə məsələdir. Onlara məlumat veriblər ki, belə bir şey yoxdur. Təhsil müşaviri ilə də görüşmüşük, şəxsən səfir ilə də görüşdük. Səfir özü mənim yanımda məktub yazdırdı XİN-ə, oradan da hər halda müraciət ediləcək ki, bu söz-söhbətin qaynağı nədir. Bilirsinizmi, bizdə bir nəfər işləyirdi, onu bir qədər başqa cür tanıyıblar, amma o adam elə adam deyil. Türkiyədə belədir, birinə bir ad qoydularsa onu millətin ayağına yazırlar. Olmaz belə.
Eləcə də bax: «Şərait yaradın, daha yaxşı işləyək» - TƏHSİL BİZNESİNDƏ ŞİKAYƏT VƏ TƏKLİFLƏR
- Əhməd müəllim, sizdə bu il təhsil haqqında artım olub?
- Xeyr, artmayıb, 2 000 manat həddində saxlamışıq.
- Bu qiymət bakalavr üçündür?
- Həm bakalavr, həm də magistrda eynidir.
- Bəs bu qiymətə keyfiyyətli təhsil verə bilirsiniz?
- Hələlik başqa yolu yoxdur. Dövlət də belə ayırır. Bizdə dövlət sifarişi ilə də xeyli qəbul olur.
- Dövlət sifarişi də o qiymətədir?
- Hələ o qiymətdən bir az da aşağıdır, 1800 manat civarında, orada təqaüd də verilir. Amma bu biri tələbələr üçün bilirsiniz ki, dövlət təqaüd ayırdı. Dövlət hər smestrın nəticəsinə görə tələbələrə təqaüd verir. Bu smestr 174 tələbə üçün də bizə təqaüd ayrıldı. Ona görə indi tələbələr arasında yaxşı oxumaq uğurunda rəqabət gedir. Yüksək qiymətlə oxuyan tələbələrimiz 136 manat, digərləri isə 70 manat alır.
- Özəl universitetlərə ixtisas seçimlərinə nə qədər şərait yaradılıb? Bəzi universitetlər şikayətlənir ki, müxtəlif ixtisasları tədris etmək istəyirik, amma razılaşdırma prosesi uzun çəkir.
- O problem var. Çox qəribə yanaşmadır. Yalnız bizdədir belə şeylər. 10 illərlə kadr hazırlığı aparırsan və qəfildən deyirlər ki bu ixtisasa qəbul verilmir.
- Niyə? Ödənişsiz vermir yoxsa ümumiyyətlə verilmir?
- Ümumiyyətlə verilmir. Qəbul verilmirsə ixtisas kəsilir.
- Dövlətin öz ödənişsiz hissəsi ki var, onu da vermirlər?
- Fərqi yoxdur. Bütün ixtisaslar həm dövlət sifarişlidir həm də özəl. Tələbənin yığdığı baldan asılıdır. Bu bakalavrda da belədir, magistraturada da. Yalnız MBA proramı var ki bizdə magistraturada, Amerikanın Corciya Dövlət Universiteti ilə birlikdə, oraya dövlət pul ayırmır, o proqram yalnız ödənişlidir.
- Məsələn, «Odlar Yurdu» universitetində hansı ixtisas vardı ki, onu aldılar?
- Bizim bir zamanlar tibb ixtisaslarımız olub, yüksək səviyyədə baza yaratmışdıq. 2006-cı ildə, mənim millət vəkili olduğum vaxtlar tibb ixtisaslarımızı bağladılar ki bu ixtisaslar dövlət universitetlərində olsun.
- Bu bir az monopoliyaya oxşayır axı...
- Biz onu araşdırmırıq, belə qərar verilib, hardan verilib, kim qərar verib, bunu da araşdırmırıq. Eləcə də hüquq ixtisası, onu da dayandırdılar. İndi bizdə nə hüquq, nə tibb ixtisasları yoxdur. Daha sonra, təxminən 5-6 il əvvəl müəllimlik ixtisaslarımızdan bir qısmını dayandırdılar. Yalnız ingilis dili müəllimliyi qaldı, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və informatika – hansı ki böyük tələbat var, onlar dayandırıldı. Üstəlik bizim məktəblərimiz var, praktiki hazırlıqların hamısı məktəbdə keçir. Amma başqa məktəbi olmayan pedaqoji ixtisaslarla bağlı kadr hazırlığı aparırsa onlar başqa məktəblərə praktikaya göndərir, deyək ki dövlət məktəblərinə. Bu da gizlin deyil ki, formal xarakter daşıyır. Gedir qeydiyyatdan keçir, nə dərsə gedir, nə də öyrənir. Amma bizim öz məktəblərimizdə tələbələrimiz 1-ci kursdan təcrübə keçirlər, yetişirlər.
- Təhsil öz yerində bu iş həm də biznesdir. Universitet biznesi gəlirlidir yoxsa məktəb biznesi? Sizdə hər ikisi var deyə müqayisə apara bilərsiniz...
- Mən fikirləşirəm ki, təhsilə biznes kimi baxmaq düzgün deyil.
- Amma hər halda yenə də biznesdir...
-Təbii ki, təhsil müəssisəi pul qazanmalıdır ki keyfiyyətli təhsil versin. Bəzən deyirlər ki təhsil haqqı niyə artırılır. Özünüz də bilirsiniz, işləyən adam təmin olunmalıdır ki, yaxşı təhsil tədris eləsin. Eyni zamanda sənin vəsaitin olmalıdır ki, səviyyəli mütəxəssis dəvət edəsən. Əgər vəsait yoxdursa mənə elə gəlir nə səviyyəli mütəxəssis dəvət etmək mümkündür, nə də yüksək səviyyəli, keyfiyyətli kadr hazılığı aparmaq.Təbii ki müəllimləri başa salmağa çalışırıq, müəllimlərin maaşları digər sahələrdə olduğundan çox-çox artıqdır, amma buna baxmayaraq yaxşı müəllimlər yüksək maaşa gəlir.