Banner

Təhsil və elm

UNEC-də imtahanların da - DİSTANT KEÇİRİLMƏSİ MÜMKÜNDÜR

UNEC-də imtahanların da - DİSTANT KEÇİRİLMƏSİ MÜMKÜNDÜR | FED.az
20:09 17 Mart 2020

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant tədrisin mövcud vəziyyəti və perspektivləri diqqət mərkəzindədir.

Eləcə də bax: UNEC-də gün ərzində 9200 tələbəyə - DİSTANT DƏRSLƏR KEÇİRİLİR

FED.az UNEC-dən "azərtac"a verilən məlumata görə, martın 12-dən başlanılan distant dərslər tədris ilinin əvvəlində təsdiqlənmiş təqvim planına uyğun olaraq aparılır. Vurğulanıb ki, UNEC-də distant dərslərin uğurlu tədrisi nəzərə alınaraq, yekun dövlət attestasiyasının və magistrantların dissertasiya müdafiəsinin də distant aparılması mümkündür. Təhsilalanların biliyinin distant qiymətləndirilməsi üçün “UNEC Ekstern”də beynəlxalq standartların bütün tələblərinə cavab verən infrastruktur və texniki imkanlar mövcuddur. Qeyd olunub ki, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə məsləhət saatları təşkil olunmaqla imtahanlar distant keçirilə bilər.

Digər xəbərlər

Banner