Təhsil və elm

UNEC-də gün ərzində 9200 tələbəyə - DİSTANT DƏRSLƏR KEÇİRİLİR

UNEC-də gün ərzində 9200 tələbəyə - DİSTANT DƏRSLƏR KEÇİRİLİR | FED.az
16:15 12 Mart 2020

Bu gündən UNEC-də distant dərslərə başlanılıb.

Universitetdən FED.az-a verilən məlumata görə, UNEC Eksterndən tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər 4 dildə aparılır.

Gün ərzində 9200 tələbəyə müxtəlif fənlər üzrə dərslər keçiləcək. Ümumilikdə isə UNEC-də 12 min bakalavrın distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur və martın 20-dək davam edəcək.

UNEC-də gün ərzində 9200 tələbəyə - DİSTANT DƏRSLƏR KEÇİRİLİR | FED.azUNEC-də gün ərzində 9200 tələbəyə - DİSTANT DƏRSLƏR KEÇİRİLİR | FED.azUNEC-də gün ərzində 9200 tələbəyə - DİSTANT DƏRSLƏR KEÇİRİLİR | FED.az

Digər xəbərlər